Kanadada hərbi bazada partlayış olub, yaralananlar var

Kanada Silahlı Qüvvələrinin Vankuver adasındakı (Britaniya Kolumbiyası əyaləti) “Komoks” hərbi bazasında partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə “CTV” telekanalı xəbər verib.

İlkin məlumata əsasən, partlayış təmirdə olan kazarma binasında qaz sızması nəticəsində olub. Binanın bir hissəsi çöküb.

Bildirilir ki, partlayış nəticəsində azı 2 nəfər xəsarət alıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.