Kanada Səhiyyə Nazirliyi anti-koronavirus dərmanı molnupiravir haqqında məlumatları nəzərdən keçirməyə davam edir.
AzerTimes-ın məlumatına görə, bu barədə CTV televiziya kanalı nazirlikdə olan mənbələrə istinadən bildirib.
Nazirlik bildirib: “Dərman haqqında məlumatların yoxlanılması hələ də davam edir. Qurumun [onun istifadəsinə] dair nə vaxt qərar verəcəyini indi dəmək çətindir”.
Qeyd edək ki, Böyük Britaniyada molnupiravir dərmanının istifadəsinə artıq icazə verilib.