Kanada fevralın 28-dən vaksinasiya olunmuşlar üçün ölkəyə giriş
qaydalarını yüngülləşdirir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Səhiyyə naziri
Jan-İv Duklo, ölkənin tam peyvənd olunmuş turistlər üçün ölkəyə
girişdən əvvəl PCR testi tələbinin aradan qaldırıldığını
bildirib.
Hal-hazırda ölkəyə səyahət edənlər son 72 saat ərzində verdiyi
PCR testin mənfi cavabını təqdim etməlidirlər.