Kanada Ukraynaya 47 milyonluq yardım göndərəcək

Kanada Ukraynaya 47 milyonluq yardım göndərəcək

Kanada hökuməti Ukraynaya 47 milyon Kanada dolları (34,1 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göndərəcək.

AzerTimes xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trudo deyib.

Onun sözlərinə görə, yeni hərbi yardım paketinə artilleriya mərmiləri, qış avadanlıqları və dron kameraları daxildir.

O əlavə edib ki, Ottava Kiyevi hərtərəfli dəstəkləməyə davam edəcək.

Teqlər: