Kanada Ukraynaya 2,4 milyard kredit ayırdı

Kanada Ukraynaya 2,4 milyard kredit ayırdı

Ukrayna hökuməti Kanadadan güzəştli şərtlərlə 2,4 milyard Kanada dolları (1,8 milyard ABŞ dolları) kredit alıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna maliyyə naziri Sergey Marçenko deyib.

“Bu vəsait müharibə şəraitində olan Ukrayna vətəndaşlarını dəstəkləməyə və rus təcavüzkarı üzərində qələbəmizi yaxınlaşdırmağa kömək edəcək”, – o deyib.

Əlavə kredit 10 il müddətinə verilir, faiz dərəcəsi illik 1,5% təşkil edir.

Qeyd edək ki, hələ dekabrda Kanada hökuməti Kiyevə 500 milyon dollar kredit ayırıb.

Teqlər: