Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74 milyard ABŞ dolları) məbləğində kredit vermək niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi növbəti maliyyə ili üçün büdcə layihəsində bildirilib.
“2024-cü ilin büdcəsində Kanadanın Ukraynaya 2,4 milyard dollar kredit vermək niyyəti var və bunun 2 milyard dolları artıq martın 20-də BVF-nin idarə etdiyi hesab vasitəsilə Ukraynaya köçürülüb”, – sənəddə qeyd olunub.
Layihədə, həmçinin nəzərdə tutulub ki, Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollar dəyərində hərbi yardım köçürəcək.