Kanada hökuməti Ukraynaya 10 çoxhədəfli kater və F-16 qırıcılarının idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək məqsədilə təlimatçılar göndərəcək.
AzerTimes xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr deyib.
O bildirib ki, katerlərin ümumi dəyəri 20 milyon Kanada dollarından çoxdur.
Belə ki, bu katerlərdən həm qoşunların və yüklərin çatdırılması, həm də kəşfiyyat əməliyyatlarının aparılması üçün istifadə oluna bilər.