Kanada Rusiyaya tətbiq etdiyi sanksiyalar siyahısını genişləndirib.
AzerTimes xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlər siyahısına qara metallurgiya, hazır avadanlıq istehsalı, kompüter, elektronika, optika, elektrik avadanlıqları, nəqliyyat vasitələri kimi sahələr daxil edilib.