Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Kanada Ukraynadakı situasiya ilə bağlı Rusiyaya qarşı sanksiyaları genişləndirib.

AzerTimes xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov və Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya qarşı sanksiyalar tətbiq edilib.

Həmçinin, sovet hokkeyçisi Vladislav Tretyak, “Pobeda” aviaşirkəti və bir sıra Rusiya KİV-ləri, o cümlədən “Rossiyskaya qazeta” da sanksiyalar siyahısına salınıb.

Teqlər: