Kanada Rusiyaya qarşı növbəti sanksiyalarını elan edib

Kanada hökuməti Rusiya Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat
Xidməti, “Rosoboroneksport” şirkəti və Rusiyanın daha 29 qurumunu
sanksiyası siyahısına əlavə edib.

Trend-in
məlumatına görə, bu barədə Kanada hökumətinin saytından yayımlanan
sənəddə deyilir.

Bundan başqa, Kanada Rusiyadan neft məhsullarının idxalını
dayandırdığını elan edib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Rusiyadan neft və neft
məhsullarının idxalını dayandırdığını bildirmişdi.