Kanada hakimiyyəti Rusiya Təhlükəsizlik Şurasının üzvləri, o
cümlədən müdafiə naziri Sergey Şoyqu, maliyyə naziri Anton Siluanov
və ədliyyə naziri Konstantin Çuiçenkoya qarşı sanksiyalar tətbiq
edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barəd
Kanadanın baş naziri Castin Trüdo bildirib.
“Biz əlavə sərt sanksiyalar tətbiq edirik. Onlar 58 fiziki və
hüquqi şəxsə qarşı yönəlib”, – baş nazir qeyd edib.
Kanada hakimiyyət həmçinin əvvəllər Rusiya şirkətlərinə verilmiş
bütün ixrac icazələrini ləğv edəcək.
C. Trüdo vurğulayıb ki, sanksiyalar Kanadanın müttəfiqləri ilə
razəlaşdırılıb.