Kanada hakimiyyəti Ukraynadakı vəziyyət fonunda Rusiyadan neft
idxalını qadağan etmək istəyir.
AzerTimes-ın məlumatına görə, bunu mətbuat konfransı zamanı
Kanadanın baş naziri Castin Trüdo deyib.
“Bu gün biz Rusiyadan bütün xam neft idxalını qadağan etmək
niyyətimizi elan edirik”, – deyə C.Trüdo bildirib.
Baş nazir qeyd edib ki, Kanada Rusiyadan çox az həcmdə neft
idxal edir, lakin bu tədbir çox güclü siqnal olacaq.