Kanada Qarabağ müharibəsində tətbiq etdiyi qadağanı ləğv edir

Kanada Qarabağ müharibəsində tətbiq etdiyi qadağanı ləğv edir

Kanada hakimiyyəti Türkiyəyə PUA üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldıracaq.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər arasındakı razılığa əsasən, İsveçin NATO üzvlüyü təsdiqlənəndən sonra Kanada ixracı bərpa etməlidir.

Qeyd edək ki, Kanada sözügedən qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib.

Teqlər: