Kanadanın Britaniya Kolumbiyası əyalətinin Ali Məhkəməsi “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjounun ekstradisiyası prosesinin dayandırılması və ev dustaqlığından azad edilməsi barədə qərar qəbul edib.
AzerTimes-ın məlumatına görə, bu barədə “CBC” telekanalı xəbər yayıb.
Bildirilir ki, Kanada prokurorluğunun ekstradisiya prosedurunun dayandırılması barədə sorğusundan sonra M.Vançjounun azad edilməsi barədə qərarı hakim Hizer Houms qəbul edib.
Telekanalın məlumatına əsasən, məhkəmənin qərarında deyilir ki, M.Vançjounun üzərindən bütün məhdudiyyətlər götürülüb və o, Kanadanə tərk edə bilər.
Qeyd edilir ki, məhəkəmənin qərarından sonra “Huawei” şirkətinin maliyyə direktoru təyyarə ilə Çinə yollanıb. Eyni zamanda, Kanadanın baş naziri Castin Trüdo bildirib ki, Çin tərəfi 2018-ci ildə saxlanılan kanadalılar Maykl Kovriq və Maykl Spevoru sərbəst buraxıb və onlar təyyarə ilə öz ölkələrinə yola düşüblər.