Kanada HHM sistemləri üçün Ukraynaya 24 milyon ayırır

Kanada HHM sistemləri üçün Ukraynaya 24 milyon ayırır

Kanada Böyük Britaniya, ABŞ, Danimarka və Niderlandın birgə təşəbbüsünə qoşularaq Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün 33 milyon Kanada dolları (təxminən 24,3 milyon ABŞ dolları) ayıracaq.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün milli müdafiə naziri Uilyam Bleyr Kanadanın Ukraynanı hava hücumundan müdafiə imkanları ilə təmin etmək üçün Böyük Britaniyanın rəhbərlik etdiyi tərəfdaşlığa töhfə verəcəyini açıqladı. Ukraynanın kritik infrastrukturunu qorumaq üçün orta və qısa mənzilli raketlərə ehtiyacı var”, – məlumatda deyilir. Ayrılan vəsait Kanadanın Baş naziri Castin Trüdonun iyun ayında Ukraynaya səfəri zamanı elan etdiyi hərbi yardım paketinin bir hissəsidir.

Kanada Müdafiə Nazirliyinin məlumatına görə, Ottava 2022-ci ilin əvvəlindən Kiyevə 8 milyard Kanada dollarından çox maliyyə vəsaiti ayırıb.

Teqlər: