Kanada hava şarı ilə kosmik teleskop yola salacaq

Xəbər - Orxan Nəbiyev – Trend

Kanadanın bir neçə universiteti Kanada Kosmik Agentliyi və NASA ilə birgə hava şarı vasitəsilə kosmik teleskopun göndərilməsini planlaşdırır.

AzerTimes-ın məlumatına görə, “SuperBIT” teleskopu Yerin stratosfer qatında yerləşdiriləcək.

Teleskopun buraxılışı üçün heliumlu hava şarından istifadə olunacaq.

Uçuşun 2022-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Teleskopun 40 kilometr hündürlükdə müşahidələr aparması nəzərdə tutulur.