Kanada hakimiyyəti etirazlara son qoymaq üçün fövqəladə vəziyyət tətbiq etməyə hazırdır

Kanada hökuməti koronavirus ilə bağlı məhdudiyyətlərinə qarşı
etirazlara son qoymaq üçün əvvəllər istifadə olunmamış fövqəladə
vəziyyət haqqında qanunundan istifadə etməyə hazırdır.

AzerTimes-ın
məlumatına görə, bu barədə Kanadanın baş naziri Castin Trüdo
bildirib.

“Federal hökumət fövqəladə vəziyyət haqqında qanununa müraciət
edəcək”, – deyə o qeyd edib.


Baş nazir əlavə edib ki, bu tədbir yanvar ayında yük maşınları
sürücüləri tərəfindən başladılan koronavirus məhdudiyyətlərinə
qarşı etirazlara son qoymaq üçün lazımdır.

Onun sözlərinə görə, qanunun əhatə dairəsi zaman və coğrafi
baxımdan məhdud olacaq. Xüsusən də o aksiyaların keçirildiyi
yerlərdə tətbiq olunacaq.