Kanada Ermənistana iki müşahidəçi göndərəcək

Kanada Ermənistana iki müşahidəçi göndərəcək

Kanada tezliklə Ermənistana AB-nin mülki monitorinq missiyasına qoşulacaq iki müşahidəçi göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

“Kanadanın XİN rəhbəri bəyan edib ki, Ottava İrəvana müşahidəçi göndərmək arzusunu bildirən ilk AB-yə daxil olmayan ölkə olacaq. Yaxın vaxtlarda respublikaya 2 müşahidəçi gələcək. Ümid edirik ki, Kanada gələcəkdə bu iştirakı genişləndirəcək”, – o bildirib.

Ovannisyan əlavə edib ki, Kanada Qarabağdan olan “məcburi köçkünlərə” humanitar yardımın həcmini üç dəfə artırıb.

Qeyd edək ki, Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli bu gün Cermuka səfər edib.

Teqlər: