Dünyada əmək miqrantlarının təxminən dörddə biri işləmək üçün Kanadaya köçməyə üstünlük verir.
AzerTimes-ın məlumatına görə, bu barədə “BCG” və “The Network”un “Qlobal istedad bazarının – fiziki və virtual – təhlili” tədqiqatında deyilir.
Məlumata əsasən, sorğuda iştirak edənlər arasında işləmək üçün ABŞ, Avstraliya və Almaniyanı da seçənlər olub. Respondentlərin 24 faizi Kanadanı seçib: “Kanada əmək miqrantları üçün ABŞ-ı geridə qoyaraq ən cəlbedici ölkə oldu”.
Qeyd edilir ki, 2014 və 2018- ci illərdə keçirilən analoji tədqiqatlarda Kanada üçüncü, ABŞ isə ənənəvi olaraq birinci yeri yeri tuturdu. 2020-ci ildə keçirilən sorğuda ABŞ və Avstraliyanı 20 faiz , Almaniyanı 19 faiz, Böyük Britaniyanı və Yaponiyanı isə 14 faiz respondent seçmişdi.