Kanada İranın 25 fiziki və 9 hüquqi şəxsinə qarşı sanksiya tətbiq etdiyini elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Joli məlumat verib.
“Kanada yeni sanksiyalar tətbiq edir. Bu sanksiyalar İranda törədilən kobud insan haqları pozuntularına, o cümlədən qadınların sistematik təqibinə, o cümlədən Məhsa Əmininin ölümü ilə nəticələnən əxlaq polisinin dəhşətli hərəkətlərinə cavabdır”, – məlumatda qeyd olunub.