Kanada daxili işlərimizə qarışır – Hindistan

Kanada daxili işlərimizə qarışır – Hindistan

Hindistanın Kanada səfirliyindəki diplomatik işçilərin sayını azaltması qərarına Ottavanın ölkənin daxili işlərinə qarışması səbəb olub.

AzerTimes xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Djayşankar deyib.

“Bizim vəziyyətimizdə paritetdən istifadə etdik, çünki Kanada əməkdaşlarının işlərimizə daimi müdaxiləsindən narahat idik”,- o bildirib.

Nazir əlavə edib ki, Hindistan-Kanada münasibətləri hazırda çətin mərhələdən keçir, lakin bu problemlər Kanadanın siyasi həyatının müəyyən seqmenti və ondan irəli gələn siyasətlərlə bağlıdır.

Teqlər: