Kanada daha 160 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib

Kanada hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın
Federasiya Şurasının 160 üzvünə qarşı sanksiya tətbiq edib.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin baş naziri Castin Trüdo
deyib.

Bundan əlavə, yaxın günlərdə Ottava “Rusiya ordusunun
imkanlarını sarsıtmaq və zəiflətmək üçün Rusiyaya müəyyən malların
və texnologiyaların ixracına yeni qadağalar” tətbiq edəcək.

Eyni zamanda, Kanada beynəlxalq təşkilatlara, xüsusən də ÜST-ə “ən çox ehtiyac duyulan yerdə” təcili yardım göstərmək üçün 50
milyon dollar ayıracaq. Kanada hakimiyyəti həmçinin “Ukraynanın
mədəni irsinin qorunması” üçün YUNESKO-ya ayrıca 4,8 milyon dollar
ayıracaq.