Kanadaya bu həftə rekord miqdarda – 4,5 milyon doza koronavirus peyvəndi göndəriləcək.
Trend TASS-a istinadən xəbər verir ki, bu həftə “Pfizer” və “Moderna” amerikan şirkətlərindən yalnız 2 milyon doza dərmanın Kanadaya gətirilməsi planlaşdırılıb, lakin şirkətlər tədarükü artırmağı bacarıb. Bundan əvvəl ölkəyə bir həftə ərzində koronavirus üçün bu qədər dərman göndərməyib.
Kanadada əhalinin aşılanmasına ötən il 14 dekabrda başlanılıb. Hazırda ölkədə “Pfizer”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” peyvəndləri mövcuddur. Sakinlərin 17,3 milyonu (12 yaşdan yuxarı əhalinin 55%) artıq peyvəndlənib.