Kanada baş naziri Zelenskidən üzr istədi

Kanada baş naziri Zelenskidən üzr istədi

Kanadanın baş naziri Castin Trudo SS Qalisiya diviziyasında xidmət etmiş ukraynalı nasist Yaroslav Hunkanın ölkə parlamentində qarşılanmasından dolayı Ukrayna Prezidenti Vladimir Zelenskidən üzr istəyib.

AzerTimes xəbər verir ki, Trudo Y.Hunkanı alqışladığına görə peşman olduğunu bildirib.

Trudo etiraf edib ki, parlamentdə nasisti salamladığına görə müxalifətin təzyiqi ilə diplomatik kanallar vasitəsilə Zelenskidən üzr istəyib.

Qeyd edək ki, sözügedən qalmaqaldan dolayı ötən gün Kanada parlamentinin spikeri Entoni Rota istefa vermişdi.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Qalisiya” SS diviziyasının keçmiş əsgəri 98 yaşlı Yaroslav Hunka ilə Kanada parlamentində görüşüb.

Teqlər: