Salyan rayonunun keçmiş prokuroru Firdovsi Nemətliyə yeni vəzifə verilib.
AzerTimes Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, F.Nemətli Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru vəzifəsinə təyinat alıb.