Kamran Əliyev Ağdam, Ağcabədi və Laçın sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 11-də saat
10:00-da Ağdam rayon prokurorluğunun inzibati binasında Ağdam,
Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, vətəndaşların
qəbulla bağlı qeydiyyatı və Ağdam rayonuna gəlmələrinin təşkili
müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına
yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun
Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07
nömrəli telefonu və [email protected] elektron poçt ünvanı,
eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram,
facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla
bilərlər.

Teqlər: