İsrail müttəfiqləri ilə birlikdə İranın hücumunun qarşısını aldı, lakin kampaniya hələ bitməyib.
AzerTimes xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant X səhifəsində yazıb.
“Gecə dünya İranın – yüzlərlə raket və PUA-larla İsrailə hücum edən terror dövlətinin əsl simasını gördü. Dünya eyni zamanda İsrail ordusunun və koalisiyanın gücünü gördü. İsrail ABŞ və tərəfdaşları bu hücumu misilsiz şəkildə dəf etdilər. ÇAXAL gecə ərzində müstəsna hərəkət etdi və istənilən ssenariyə hazır olmağa davam edəcək. Kampaniya hələ bitməyib, biz ayıq və güclüyük”, – Qallant bildirib.