Kamil Zeynallı Rusiyaya niyə getmişdi?

Kamil Zeynallı Rusiyaya niyə getmişdi?

Kamil Zeynallı 17 fevralda Rusiyaya istirahət üçün getmişdi.

Bu sözləri AzerTimes-a açıqlamasında Kamil Zeynallının köməkçisi Nicati Nicat bildirib.

“Kamil Zeynallı 17 fevralda Rusiyaya istirahət üçün getmişdi. Ondan əvvəl də dəfələrlə gedib-gəlməsinə baxmayaraq, heç bir problem yaşanmamışdı”.

Qeyd edək ki, Kamil Zeynallı bu gecə Moskvadan Azərbaycana qayıdarkən Domodedovo hava limanında saxlanılıb. Onun Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyi üçün saxlanıldığı bildirilib.

Teqlər: