Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə idmançı İnstaqram hesabında məlumat yayıb.
O, videomüraciətində bildirib ki, ölkəyə qayıdarkən, Moskva aeroportunda saxlanılıb.
Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını vurğulayıb:
“May ayından məni axtarışa veriblər. Lakin o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. Yalnız indi saxladılar”.
İdmançı qeyd edib ki, sabah məhkəməyə çıxarılacaq. Ona polis bölməsində bildiriblər ki, ya özləri onu Ermənistana təhvil verəcək, ya da Ermənistan hücuc-mühafizə orqanları onu gəlib aparacaq.
O, Azərbaycan hökumətindən yardım istəyib.