Kamil Zeynallının hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun nəzarəti altında həyata keçirilir.
AzerTimes xəbər verir ki, bu barədə Report-a vəkil Ələkbər Qarayev məlumat verib.
O qeyd edib ki, Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər:
“2020-ci il sentyabrın 29-da Ermənistan Kamil Zeynallını 4 maddə üzrə axtarışa verib. O, bu gecə Rusiyada şübhəli şəxs qismində saxlanılıb. Hazırda prokurorluqda bununla bağlı iş gedir. Ermənistandan əlavə materiallar göndərilərsə, onunla bağlı həbs qətimkan tədbiri seçilə bilər”.
Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib.