Kamerunda məktəbə silahlı hücüm olub, şagird və müəllimlər arasında ölənlər var

Naməlum silahlı şəxslər çərşənbə günü Kamerunun Anglofoniya bölgəsində məktəbə hücum edərək üç şagird və bir müəllimi öldürüblər.

Trend xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, naməlum şəxslər Ekondo-Titi bölgəsindəki liseyə tələbələrin dərsdə olduğu zaman basqın edərək, əldəqayırma partlayıcı qurğunu işə salıblar.

Nəticədə üç tələbə və fransız dili müəllimi həlak olub.


Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Teqlər: