Bu gün Afrika Millətlər Kubokunun üçüncü yeri uğrunda oyunda Kamerun və Burkina-Faso yığmaları qarşılaşıb.
AzerTimes-ın məlumatına görə, oyun 3:3 hesablı heç-heçə ilə bitib. Kamerunun heyətində qolları Stefan Bahoken (71-ci dəqiqə) və Vensan Abubakar (85,87) vurublar. Komandanın qapıçısı Andre Onana avtoqol ilə fərqlənib. Burkina-Fasonun iki qolunu Stiv Yaqo (24) və Cibril Uattara (49) vurublar.
Oyun heç-heçə bitdiyinə görə, penalti seriyası baş tutub. Penalti seriyasında Kamerun yığması 5:3 hesabı ilə qələbə qazanıb.
Beləliklə, Kamerun yığması Afrika Millətlər Kubokunda üçüncü yeri tutub.
Qeyd edək ki, bu gün baş tutacaq final oyununda Seneqal və Misir yığmaları qarşılaşacaq.