Kamçatkada bir neçə saat ərzində üç zəlzələ baş verib

Rusiyanın Kamçatka sahillərində üç müxtəlif maqnitudalı zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından bildirilib.

Bildirilib ki, bir neçə saat ərzində 3,9, 4,0 və 4,5 bal gücündə seysmik hadisələr baş verib. Onların episentrləri Ust-Kamçatsk kəndi və Milkovo kəndi yaxınlığında yerləşib.


Məlumata əsasən, ölənlər və dağıntılar yoxdur, əhali yeraltı təkanları hiss etməyib.