Kamçatkada 4,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin yerli şöbəsinin saytında bildirilib.
Məlumata əsasən, zəlzələ 49 km dərinlikdə, onun episentri Nikolskoye kəndindən 88 km məsafədə olub.
Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən verilən məlumata görə, itki və dağıntı yoxdur. Yaşayış məntəqələrinin sakinləri yeraltı təkanları hiss etməyiblər.