Kamçatkada 4,3 bal gücündə zəlzələ olub

Kamçatkada 4,3 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin yerli şöbəsinin saytında bildirilib.

“Zəlzələnin episentri Ust Kamçatsk yaşayış məntəqəsindən 186 kilometr məsafədə, ocağı 61 kilometr dərinlikdə yerləşib”, – məlumatda deyilir.

İtki və dağıntı olmayıb. Yaşayış məntəqələrinin sakinləri yeraltı təkanları hiss etməyiblər.

Teqlər: