“Qarabağ”la oyun çətin oldu. Çünki rəqib bizdən güclü idi.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Fransa “Nant”ının baş məşqçisi Antuan Kambuare Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə mətbuat konfransında deyib.
Evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri V tur matçını şərh edən 59 yaşlı mütəxəssis bildirib ki, futbolda nəticə hər şeydən vacibdir:
“Bunu yaxşı oynayıb qalib gələ bilmədiyimiz matçlardan öyrənmişik. Gördüyümüz işdə irəliləyiş əldə etmək istəyiriksə, oyuna daha çox nəsarət etməli, rəqiblərin zəif və güclü tərəflərini bilməliyik. Bunu “Qarabağ”a qarşı görüşdə də gördük”.
Qeyd edək ki, bu gün keçiriləcək “Olimpiakos” – “Nant” oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.