ABŞ-ın vitse-prezidenti Kamala Harris onlayn seçkilərdə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplayıb.
AzerTimes xəbər verir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.
“Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harris bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda demokratların rəsmi namizədi olacaq”, – o bildirib.