ABŞ-ın yeni vitse-prezidenti olacaq Kamala Harris canlı yayımda koronavirusa qarşı peyvənd olunub.
Yenicag.az xəbər verir ki, Kamala Harris “Moderna” şirkətinin istehsal etdiyi peyvəndini vurdurmaq qərarına gəlib.
O, digər vətəndaşları da COVID-19 infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.
Qeyd olunub ki, xanım Harrislə yanaşı onun həyat yoldaşı da peyvənd vurdurub.
www.yenicag.az