ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Prezidentin təsdiqini almaqdan şərəf duyuram və bu namizədliyi qazanmaq və qalib gəlmək niyyətindəyəm. Seçki gününə 107 gün qalıb. Biz birlikdə mübarizə aparacağıq. Və birlikdə qalib gələcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, prezidentlik yarışından çəkilən Co Bayden Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.