Kamal Abdullanın kitabının təqdimatı keçirildi

Kamal Abdullanın kitabının təqdimatı keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabının təqdimatı keçirilib.

AzerTimes xəbər verir ki, MEK-in təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm xadimləri və media nümayəndələri iştirak ediblər.

Akademik Kamal Abdullanın ədəbi-elmi fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən bəhs edən videoçarx nümayiş olunub.

Təqdimat iştirakçıları ədibin MEK-in fondlarında mühafizə edilən kitablarından ibarət sərgiyə baxış keçiriblər.

Teqlər: