Kaluqada daha bir PUA vuruldu

Kaluqada daha bir PUA vuruldu

Rusiyanın Kaluqa vilayətinin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemi PUA-nı vurub.

AzerTimes xəbər verir ki, bunu vilayətin qubernatoru Vladislav Şapşa deyib.

“Bu gün gecə Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemi işə salınıb. Bir PUA vurulub”, – o bildirib.

Qubernator insanların və infrastrukturun zərər görmədiyini deyib.

Qeyd edək ki, ötən gün Kaluqa hava limanının hava məkanı təhlükəsizlik məqsədilə bağlanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl də sözügedən vilayətdə PUA məhv edilmişdi.

Teqlər: