Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakim Gürcü Arzusu Partiyasının kadr islahatına kinayə ilə reaksiya verib.
AzerTimes xəbər verir ki, Saakaşvili bunu Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Gürcüstan dövlətçiliyin məhvi mərhələsinə qədəm qoyub.
“Sonuncu belə hadisə Roma İmperiyasında Kaliqula atını Senata təyin edərkən baş verdi. Məqsəd gürcü xalqının özünə hörmətini mümkün qədər aşağı salmaqdır”, – o qeyd edib.