Kalından Ermənistan açıqlaması: İrəliləyiş var!

Kalından Ermənistan açıqlaması: İrəliləyiş var!

Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında irəliləyiş var.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

İ.Kalın bildirib ki, Türkiyə Cənubi Qafqazda sabitlik istəyir:

“Yay aylarında Türkiyə və Ermənistan liderləri arasında telefon danışığı olub. Daha sonra isə liderlər Praqada görüşdülər. Münasibətlərin normallaşması istiqamətində irəliləyiş var. Ermənistan Baş naziri Nikol Paşinyan ölkə daxilindəki müxalif qüvvələrlə mübarizə apara bilər. Azərbaycan Prezidenti İlham Əliyevin səmimiyyəti və səyləri isə ortadadır”.

Teqlər: