Kalın Sallivanla Bakı – İrəvan münasibətlərini müzakirə etdi

Kalın Sallivanla Bakı – İrəvan münasibətlərini müzakirə etdi

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İstanbulda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

AzerTimes-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

“Onlar, həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstək, Şərqi Aralıq dənizində hər hansı fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyi, Finlandiya və İsveçin NATO-ya üzvlük istiqamətində irəliləyişi müzakirə ediblər”, – deyə bildirilib.

Qeyd edək ki, tərəflər arasında görüş İstanbulda baş tutub.

Teqlər: