Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüşəcək.
AzerTimes xəbər verir ki, görüş Kalının ABŞ-a səfəri çərçivəsində baş tutacaq.
Məlumata görə, Kalın Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə müzakirələr aparacaq. Bundan əlavə, Ukrayna müharibəsi və Cənubi Qafqazdakı vəziyyət də gündəmdə olacaq.