Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Liviya səfəri çərçivəsində ölkənin Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeydə, o cümlədən Ali Dövlət Şurasının rəsmiləri, yüksək səviyyəli təhlükəsizlik və kəşfiyyat rəsmiləri ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Görüşlərdə mövcud siyasi və hərbi məsələlər müzakirə edilib, Liviyadakı münaqişələrin milli barışıq yolu ilə aradan qaldırılması arzusu dilə gətirilib.