ABŞ-ın Kaliforniya ştatında 5 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 600-ə yaxın insanın yaşadığı Fall River Mills yaşayış məntəqəsindən 11,5 km qərbdə olub. Zəlzələ 14,8 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.