Kaliforniyada yanğınsöndürən təyyarə ilə PUA toqquşdu

Kaliforniyada yanğınsöndürən təyyarə ilə PUA toqquşdu

Kaliforniyada yanğınsöndürən təyyarə yanğınla mübarizə apararkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan Kaliforniya yanğınsöndürənlərində cəmi 2 ədəd olan “Canadair CL-415 Super Scooper” təyyarələrindən biri olub.

Toqquşma nəticəsində təyyarə sıradan çıxıb.

Məlumata görə, hadisə nəticəsində Los-Anceles ərazisində uçuşlar məhdudlaşdırılıb.

Araşdırma başlanılıb.

Teqlər: