Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada (Sakit Okeanda dənizaşırı ərazisi – red.) iğtişaşlarla əlaqədar müdafiə şurasının yeni iclasını keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.
İclas yerli vaxtla saat 18:30-a təyin edilib. Şuranın əvvəlki iclası mayın 15-də keçirilib.
Qeyd edək ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 200-dən çox şəxs saxlanılıb.