Şokolad istehsalının əsas tərkib hissəsi olan kakao paxlasının bahalaşması rekordlara imza atır.
AzerTimes xəbər verir ki, bu barədə CNBC nəşrinin sorğusunda bildirilib.
Sorğuda iştirak edən analitiklər hesab edirlər ki, kakaonun qiyməti daha da arta bilər:
“Qlobal istehsalın təxminən 75%-ni təşkil edən Qərbi Afrikadan kakao tədarükü ilə bağlı narahatlıqlar son aylarda bazarı gücləndirib. Nyu York birjasında kakao paxlasının fyuçersləri çərşənbə günü bir metrik tonu 6,549 dollara satılıb. Qiymət bu günə qədər 57%-dən çox artaraq keçən ay ilk dəfə 6,000 dolları keçib”.
Bildirilib ki, əsas problem əlverişsiz hava şəraiti ilə əlaqədar Qərbi Afrikadan tədarükün azalmasıdır. Belə ki, Kotdivuar dünya istehsalının 44%-ni, Qana isə 14%-ni təşkil edir.